Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları yeni təyinat alıblar.

Newsport.az xəbər verir ki, təcrübəli referilər kişi həndbolçuların EHF Avropa Kubokunun üçüncü mərhələsinin “Vardar” (Şimali Makedoniya) – “Melzungen” (Almaniya) matçında ədaləti qoruyacaqlar.

Görüş noyabrın 26-da Şimali Makedoniyanın paytaxtı Skopyedəki “Yane Sandanski” arenasında keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right