Azərbaycan cüdoçularından Avropa kubokunda 4 medal

Azərbaycan cüdoçuları Yunanıstanın Saloniki şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku turnirinin ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Newsport.az-ın məlumatına görə, oğlanlar arasında Zeyd Ələsgərov (60 kq) qızıl, Fəxri Sahibzadə (66 kq) gümüş, Anar Quliyev (50 kq) və Rüstəm Qasımzadə (55 kq) bürünc medala sahib çıxıblar.

Məhəmmədəli Hüsiyev (55 kq), İlkin Qarayev (60 kq) və Özqan Quliyev (66 kq) 5-ci, Emil Hüseynli (55 kq) isə 7-ci yerdə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right