Azərbaycanın oğlanlardan ibarət yığması EEVZA çempionatında iştirak edəcək

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Bu barədə Newsport.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarış noyabrın 27-30-u aralığında Estoniyada keçiriləcək.

Turnirdə ev sahibi ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna və Polşa yığmaları mübarizə aparacaq. B qrupunda yer alan millimizin rəqibləri Latviya və Estoniya kollektivləridir. U-16 noyabrın 27-də Estoniya, iki gün sonra Latviya ilə görüşəcək.

Qeyd edək ki, yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right