“Taysona yazığım gəlmədi” Ceyk Pol

Məşhur bloqer Ceyk Pol əfsanəvi boksçu Mayk Tayson üzərində qələbəsini şərh edib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, tanınmış bloqer ilk növbədə Taysona təşəkkür etmək istədiyini bildirib:

“İlk növbədə, Mayka təşəkkür etmək istəyirəm. O, bütün zamanların möhtəşəm simvolu, mükəmməl boksçudur. Mən ona hədsiz hörmət edirəm. Amma bu gün tam fədakarlıqla mübarizə apardım, ona yazığım gəlmədi, çünki bu, boksdur.

Döyüşdən əvvəl mənə sillə vurdu? Sadəcə, bir epizod idi. Bu, üzümə böyük bir sillə idi (gülür)”.

Döyüş tam 8 raund davam edib və yekdil qərarla (80-72, 79-73, 79-73) Polun qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right