Avropa kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq

Qadın həndbolçulardan ibarət “Qarabağ” klubu Avropa kubokunda bu gün növbəti matçını keçirəcək.

Newsport.az xəbər verir ki, təmsilçimiz yarışın 3-cü mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə üz-üzə gələcək. Oyun saat 14:00-da start götürəcək.

Komandalar arasında cavab matçı sabah baş tutacaq. Razılaşmaya əsasən hər iki oyun Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunacaq.

Oyunları rumıniyalı hakimlər Yonut Marian Kazan və Qesur Suliman idarə edəcək. Matçın nümayəndəsi türkiyəli Kənan Sivrikaya olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right