Tacikistan yığmasının futbolçusu Məhəmməd Nazriev dünya rekorduna imza atıb. 16 yaşlı hücumçu buna milli komandalar arasındakı görüşdə 14 qol vurmaqla nail olub.
Newsport.az xəbər verir ki, rekord 17 yaşlılardan ibarət yığmalar arasında Asiya Kuboku seçmələrində qeydə alınıb. Tacikistan millisi Quam adaları ilə matçda 33:0 hesabı ilə qalib gəlib. Qollardan 14-ə məhz Nazriev imza atıb.
Bu, FIFA-nın bayrağı altında keçirilən yarışlarda bir futbolçunun milli forması ilə ən çox qol vurduğu oyundur.