“Sumqayıt” “Lənkəran”a məğlub oldu

Azərbaycan Basketbol Liqasında 2-ci turun daha bir oyunu keçirilib.

Newsport.az xəbər verir ki, B qrupunda “Sumqayıt” evdə “Lənkəran”la qarşılaşıb.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan görüş qonaq komandanın 93:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun açılış matçında A qrupunda “Naxçıvan” NTD kollektivinə 72:71 hesabı ilə qalib gəlib.

2-ci turun digər matçları oktyabrın 26-27-də reallaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right