"Sabah" Basketbol Klubunun 3 üzvü milli komandalara dəvət alıb.
Newsport.az-ın məlumatına görə, Artyoms Butyankovs və Klavs Cavars Avropa çempionatının təsnifat oyunları üçün Latviya, Andrey Voynaloviç isə Ukrayna millisinin düşərgəsinə çağırılıb.
Qeyd edək ki, 22-25 noyabr aralığında keçiriləcək seçmə oyunlarda Latviya millisi Belçika, Ukrayna isə İsrail yığması ilə qarşılaşacaq.