“Azərreyl” Avropa Kubokunun qalibi oldu

“Azərreyl” klubunun qadınlardan ibarət komandası Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda çempion olub.

Newsport.az-ın məlumatına görə, komanda həlledici matçda Ukraynanın “Sunrise Beach Spors Academy” klubu ilə üz-üzə gəlib.

İki oyundan birində “Azərreyl” (2:1) digərində isə rəqib (0:2) qalib gəlib. Ardınca baş tutan qızıl setdə gərgin mübarizədən sonra 15:12 hesabı ilə üstün olan təmsilçimiz yarışın qalibi adını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right