Azərbaycan daha bir yarışa ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunlarına ev sahibliyi edəcək 

Newsport.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyası (ABF) ilə ali basketbol qurumu FIBA arasında imzalanmış müqaviləyə əsasən, ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun (2025) seçmə mərhələ oyunları Bakıda keçiriləcək.

24 və 25 may tarixlərində Bakıda təşkil olunacaq seçmə mərhələ oyunlarında, 6 kişi və 6 qadın milli komandaları əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Bu millilər arasında həm kişilərdən, həm də qadınlardan ibarət yığmalarımızda iştirak edəcəklər.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 milli komandası Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right