“Sabah” ilk oyunda uduzdu

Kişi basketbolçulardan ibarət “Sabah” klubu FIBA Avropa Kubokunda ilk oyununu keçirib.

Newsport.az xəbər verir ki, təmsilçimiz G qrupundakı ilk matçında Belçikanın “Spiru” kollektivinə uduzub.

Belçikadakı “Şarlerua Doum” arenada baş tutan qarşılaşma təmsilçimizin 81:82 hesablı məğlubiyyəti ilə başa çatıb.

Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda növbəti görüşünü oktyabrın 16-da Yunanıstan təmsilçisi “Marussi”yə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right