Azərbaycanda işləmiş baş məşqçi vəfat etdi

"İnter"in (indiki "Şamaxı") sabiq baş məşqçisi Anatoliy Konkov dünyasını dəyişib.

Newsport.az-ın məlumatına görə, ukraynalı mütəxəssis 76 yaşında vəfat edib. Bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Anatoliy Konkov 2004-2006-cı illərdə "İnter"in baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında 2004/2005 mövsümündə Azərbaycan Kubokunda final oynayıb. O, futbolçu karyerası ərzində "Avanqard", "Şaxtyor" və "Dinamo"da çıxış edib. Yarımmüdafiəçi mövqeyində çıxış etmiş Konkov SSRİ yığmasının heyətində 47 oyun keçirib və 8 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right