Azərbaycanlı voleybolçular Ermənistan komandasını məğlub etdi

Azərbaycanın çimərlik voleybolçuları Ermənistan təmsilçilərini məğlub ediblər.

Newsport.az xəbər verir ki, Gürcüstanın Tbilisi şəhərində təşkil olunan çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edən kişilərdən ibarət komandamız bu gün ilk oyununu keçirib.

Komandamızın rəqibi Ermənistan təmsilçisi olub.

Heydər Məmmədli/Nəriman Bayramlı cütü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right