“Sabah” basketbol klubunun FIBA Avropa Kubokunun müntəzəm mövsümündə rəqiblərini qəbul edəcəyi arena bəlli olub.
Newsport.az-ın məlumatına görə, ev oyunları Bakı İdman Sarayında keçiriləcək.
FIBA Avropa Kubokunun qrup mərhələsinin oyunları oktyabrın 9, 16, 23 və 30-da, eləcə də noyabrın 6 və 13-də keçiriləcək. “Sabah” ilk matçını səfərdə oynayacaq.