Budapeştdə keçirilən 45-ci Ümümdünya Şahmat Olimpiadasında 9-cu tur başa çatıb.
Newsport.az-ın məlumatına görə, kişilərdən ibarət komandamız bu tur Yunanıstanla bərabərə qalıb.
Aydın Süleymanlı məğlub olduğu halda Rauf Məmmədov rəqibi üzərində qələbə qazanıb. Şəhriyar Məmmədyarovla Məhəmməd Muradlı partiyanı heç-heçə başa vurub.
Qadınlardan ibarət millimiz isə İsveçrəni məğlub edib – 4:0. Şahmatçılarımız bütün lövhələrdə qələbə qazanıblar.
Qeyd edək ki, olimpiadanın 9-cu turunda ilk gedişi ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə edib.