“Lənkəran” daha bir basketbolçu transfer etdi

“Lənkəran” klubu daha bir basketbolçunun keçidini rəsmiləşdirib.

Newsport.az xəbər verir ki, cənub təmsilçisi ABŞ-dan olan Ceremi Berraytı heyətinə qatıb.

34 yaşlı oyunçu ilə bir illik müqavilə imzalanıb.

Son iş yeri İsveçin “Okelbo” klubu olan Berrayt “Gieben Pointers” (Almaniya), “Vankuver Volkanoes” (ABŞ), “Araraquara” (Braziliya) komandalarında çıxış edib.

“Lənkəran” bundan əvvəl Cereminin həmyerlisi Qreqori Miltonu heyətinə qatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right