Turniri yüksək səviyyədə keçirməyə çalışacağıq.
Newsport.az xəbər verir ki, bunu "Vüqar Həşimov Memorialı"nın direktoru Anar Allahverdiyev mətbuat konfransında deyib.
O, turnirin artıq yalnız Şuşada təşkil oluna biləcəyini vurğulayıb:
"Etimadı doğrultmağa çalışacağıq. Bundan sonra yarışı Şuşada təşkil etmək niyyətindəyik. Azərbaycan yığmasının beş üzvündən üçü turnirdə mübarizə aparacaq".
Qeyd edək ki, yarış sentyabrın 25-30-u aralığında Şuşada gerçəkləşəcək. Memorialın açılış mərasimi və ilk turun partiyaları sentyabrın 26-da baş tutacaq. Turnir “Şuşa” otelində təşkil ediləcək.