“Vüqar Həşimov Memorialı”nda iştirak üçün Maqnus Karlsenə dəvət göndərilib

Şahmat üzrə “Vüqar Həşimov Memorialı”nda iştirak üçün Maqnus Karlsenə də dəvət göndərilib.

Newsport.az xəbər verir ki, bu barədə Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimov açıqlama verib.

O, norveçli qrossmeysterin yarışa qatıla bilməyəcəyini bildirib:

"Xaricdən şahmatçı cəlb etmək çətindir. Onların proqramları var. Turnirə dəvət etməkdə çətinlik çəkdik. Fabiano Karauna son anda gələ bilməyəcəyini dedi. Onların müqavilələri olur və müxtəlif yarışlarda iştirak edirlər. İlin sonu həmişə gərgin keçir. Maqnus Karlsenə də təklif göndərmişdik, gələ bilmədi. O, bu turnirdə məmnuniyyətlə iştirak etmək istəyir. Amma alınmadı. Gələcəkdə yenə dəvət göndərəcəyik".

Qeyd edək ki, yarış sentyabrın 25-30-u aralığında Şuşada gerçəkləşəcək. Memorialın açılış mərasimi və ilk turun partiyaları sentyabrın 26-da baş tutacaq. Turnir “Şuşa” otelində təşkil ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right