Tailandlı voleybolçu Azərbaycan klubuna keçib

Qadın voleybolçulardan ibarət "Gəncə" klubu heyətini tailandlı oyunçu ilə gücləndirib.

Bu barədə Newsport.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Tailand millisinin üzvü Tiçakorn Bunlert ilə birillik müqavilə imzalanıb.

Ötən mövsümü ölkəsində “Diamond Food Fine Chief” komandasının heyətində keçirən voleybolçu ilk dəfə legioner həyatı yaşayacaq.

Qeyd edək ki, “Gəncə” daha əvvəl yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova və rusiyalı oyunçu Anastasiya Atepalinanı heyətinə qatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right