Paris-2024: Azərbaycan 2-ci qızıl medalı qazandı

Paris-2024 Yay Paralimpiya Oyunlarının beşinci yarış günündə paratletimiz Səid Nəcəfzadə mübarizəyə qoşulub.

Newsport.az xəbər verir ki, Tokio-2020 Paralimpiadasının bürünc medalçısı, dünya çempionu idmançımız Səid Nəcəfzadə T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.27 m nəticə ilə qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal olub. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right