Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni dünya reytinqini açıqlayıb.
Newsport.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarovun mövqeyi dəyişməyib. O, 2733 xalla 17-cidir.
Aktivində 2700 xal olan Teymur Rəcəbov 2 pillə irəliləyib. O, 31-ci olub. Rauf Məmmədov isə 2637 xalla 100-cüdür.
Siyahıya 2832 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə 2433 xalla 2 pillə gerləyərək 33-cü pillədə qərarlaşıb. Gövhər Beydullayeva 10 pillə geriləyib. O, 2395 xalla 53-cüdür. 2 pillə geriləyən Xanım Balacayeva (2384 xal) 62-cidir. Ülviyyə Fətəliyeva (2369 xal) isə 4 sıra irəliləməklə 68-ci yerdə qərarlaşıb.
Siyahıya çinli Yifan Hou (2633 xal) liderlik edir.