Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
Newsport.az-ın məlumatına görə, K44 kateqoriyasında yer alan idmançı 1/4 final mərhələsində Yaponiya təmsilçisi Mitsuya Tanaka ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn (5:3) Zeynalov yarımfinala yüksəlib.
Paralimpiada sentyabrın 8-də başa çatacaq.