Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti qalmaqal baş verib. Newsport.az xəbər verir ki, açılış mərasiminə az vaxt qalmış Fransada bomba şoku yaşanıb.
Belə ki, Fransanın İsveçrə ilə sərhədindəki Bazel-Myluz Hava Limanında partlayıcı maddə olduğu barədə xəbərlər yayılıb. Bununla əlaqədar hüquq-mühafizə orqanları dərhal hava limanını boşaldıblar. Bir neçə saatlıq yoxlanışın ardından aeroport sərnişinlərin ixtiyarına verilib.
Qeyd edək ki, Paris-2024-ün açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.