Millimiz Avropa çempionatına qələbə ilə başladı

Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C Divizionunda millimizin ilk qrup oyunu baş tutub.

Newsport.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin ilk rəqibi Albaniya seçməsi olub. Oyuna sürətli başlayan qızlarımız rəqib üzərində 72-53 hesablı qələbə qazanıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (21 xal, 4 ribaund) seçilib.

Millimizin qrupdakı növbəti oyunu 24 iyul Bakı vaxtı ilə saat 19:00-da Gürcüstan yığmasına qarşı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right