Azərbaycan bu gün Ermənistanla qarşılaşacaq

Pitestidə (Rumıniya) basketbol üzrə B divizionunun (U-20) gənclər arasında Avropa çempionatı başa çatmaq üzrədir.

Newsport.az xəbər verir ki, çempionatın son günündə Azərbaycanın kişilərdən ibarət yığması Ermənistan komandası ilə 19-cu yer uğrunda görüş keçirəcək.

Oyuna saat 14:00-da start veriləcək.

Xatırladaq ki, bundan əvvəl yığma komandamız beş oyunun hamısında uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right