Millimizin üzvü üçün yeni baş məşqçi

Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor"un yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, I Liqa təmsilçisini Serhat Gülpınar çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bolu təmsilçisi 45 yaşlı mütəxəssislə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Vüsal Bu ilin yanvar ayından "Boluspor"da çıxış edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right