Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb. Newsport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Həmyerlimiz 18 yaşadək (U-18) oğlanların Avropa çempionatının final mərhələsinin matçlarını idarə edəcək.
Qeyd edək ki, yarış iyulun 10-21-i aralığında Bolqarıstanın Sofiya və Plovdiv şəhərlərində keçiriləcək.