Azərbaycanın stolüstü tennisçiləri dünya çempionatında iştirak edəcək

Azərbaycanın veteran stolüstü tennisçiləri İtaliyaya yollanıblar.

Newsport.az xəbər verir ki, onlar paytaxt Romada təşkil olunan dünya çempionatında iştirak edəcəklər.

Yarışda Fərhad İsmayılov, İlkin Mustafayev, Məzahir Həsənov, Firudin Hüseynov, Əli Heydəri və Zabit Bağırov qələbə uğrunda mübarizə aparacaq.

İyulun 8-də start veriləcək dünya çempionatına iyulun 14-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right