Azərbaycan millisi Avropa çempionatında 3-cü oldu

U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.

Newsport.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında qitə birinciliyinə yollanan millimiz 4 medal qazanıb. 

İsmayıl Rzayev (82 kq) gümüş,Tural Əhmədov (60 kq), Məhəmməd Şükürzadə (63 kq) və Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib.

Yekunda 93 xal toplayan yığmamız komanda hesabında 3️-cü yeri tutub. 

Türkiyə (123) birinci, Gürcüstan (116) isə ikinci olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right