“Boston Seltiks” klubunun sahibi dəyişə bilər.
Vik Qrusbekin rəhbərlik etdiyi investisiya qrupu klubu 2002-ci ildə alıb. Hazırda onlar komandanı satışa çıxarmaq niyyətindədirlər.
İnvestorlar 2025-ci ilin əvvəlində əsas satış fəaliyyətlərini həyata keçirmək və 2028-ci ilə qədər mülkiyyətin ötürülməsi prosesini başa çatdırmaq istəyirlər. Qrusbek əməliyyatın sonuna qədər menecer vəzifəsində qalmaq niyyətindədir.
“Sportico”nun məlumatına görə, 2024-cü ilin mart ayında “Seltiks”in dəyəri təxminən 5,12 milyard dollara bərabər idi. Klub MBA-da buna görə 4-cü komandadır.