Şahmat tacı uğrunda matçın keçiriləcəyi ölkə məlum oldu

Sinqapur Şahmat Federasiyası hökumətinin dəstəyi ilə 2024-cü il FİDE Dünya Çempionatının matçına ev sahibliyi etmək hüququnu qazanıb.

“FİDE tarixində ilk dəfə Sinqapurda dünya çempionatının matçının keçirilməsindən məmnunuq. Sinqapur təkcə dünyanın ən məşhur turizm və biznes mərkəzlərindən biri deyil, həm də böyük ambisiyaları ilə inkişaf edən şahmat mərkəzidir”, – deyə FİDE prezidenti Arkadi Dvorkoviç təşkilatın rəsmi saytında bildirib.

Matçda hazırkı çempion çinli Dinq Liren və rəqibi hindistanlı Qukeş Dommaracu üz-üzə gələcək. Partiyalar bu ilin noyabrın 20-dən dekabrın 15-dək keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right