Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatının üçüncü günündə mübarizəyə başlayıblar.
Newsport.az-ın məlumatına görə, Mehdi Abbasov, Əli Qazımənmədov (hər ikisi 81) və Hüseyn Eyvazlı (90 kq) ilk görüşlərini qələbə ilə başa vurublar.
Bu gün həmçinin Mələk Bayramlı (70 kq) və Sübhan Axundov (+90 kq) da tatamiyə çıxacaqlar.
Turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı (73 kq) bürünc medal qazanıblar.