"Sabah" Çempionlar Liqasında İsveç klubu ilə qarşılaşacaq

"Sabah" basketbol klubunun Çempionlar Liqasında rəqibi açıqlanıb.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionu təsnifat mərhələsində İsveçin "Norrçepinq Dolfins" klubu ilə qarşılaşacaq.

Matçlar sentyabrın 15-22-də baş tutacaq. Bakı klubu bu mərhələni adlasa, müntəzəm mövsümdə çıxış edəcək.

Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq "Sabah" təsnifat mərhələsində büdrəsə, mübarizəni Avropa Kubokunda davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right