Azərbaycan atleti Avropa çempionatında finala yüksəlib

Azərbaycan idmançısı İtaliyanın paytaxtı Romada keçirilən atletika üzrə Avropa çempionatında final mərhələsinə yüksəlib.

Newsport.az-ın məlumatına görə, ölkəmizi çəkic atma yarışında təmsil edən Anna Skidan təsnifat mərhələsində 68.80 metrə bərabər göstərici ilə bu uğura imza atıb.

Həlledici mərhələyə vəsiqə qazanan idmançılar arasında qaliblər iyunun 10-da bəlli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right