Azərbaycanın paraüzgüçüsü Fransa gümüş medal qazandı

Azərbaycan təmsilçisi Əli Vəliyev Fransanın Limoj şəhərində keçirilən Dünya Paraüzgüçülük Seriyasında uğurlu çıxış edib.

Newsport.az-ın məlumatına görə, o, yeniyetmələr arasında gümüş medal əldə edib.

Vəliyev sərbəst üsulla üzmədə 50 metr məsafəni 28,72 saniyəyə qət edib.

Yeniyetmə idmançımız qazandığı uğurlarla bağlı fikirlərini də açıqlayıb:

“Bu, mənim beynəlxalq yarışlarda ilk medalım idi. Qızıl medal da qazana bilərdim. Çox az bir fərq var idi. Növbəti yarışlarda qızıl medal qazanmağa çalışacağam. Mənim üçün uğurlu yarış oldu. 50 və 100 metr məsafədə sərbəst üsulda şəxsi rekodumu yenilədim”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right