Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdı

"Şəki" basketbol klubu Aleksander Uco ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, nigeriyalı baş məşqçi ilə müqavilə müddəti uzadılmayıb. "Şəki" yeni baş məşqçisinin adını yaxın günlərdə ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, "Şəki" ötən mövsüm Aleksander Uconun rəhbərliyi altında cəmi 1 qələbə qazanıb və komanda Azərbaycan Basketbol Liqasında sonuncu - 10-cu yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right