Azərbaycan tennisçiləri Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər

Padel tennis üzrə Azərbaycan millisi Norveçin paytaxtı Osloda təşkil olunacaq Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcək.

Newsport.az xəbər verir ki, qitə turnirinin E qrupunda mübarizə aparacaq komandanın rəqibləri San Marino, Macarıstan və Monteneqro yığmaları olacaq.

Ölkəmizi yarışda Vasil Mladenov, Tamerlan Əzizov, Rəsul Qocayev, Samir Qafarov, Dəniz Əliyev, Oleq Zaqorodnev və Yusif Rzayev təmsil edəcək.

Avropa çempionatının təsnifat mərhələsi iyunun 7-dən 9-dək keçiriləcək. İtaliyanın Kalyari şəhərində baş tutacaq əsas mərhələ isə iyulun 22-dən 27-dək reallaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right