Azərbaycan qılıncoynadanı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan qılıncoynadanı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Newsport.az-ın məlumatına görə, idmançı bu barədə şəxsi instaqram hesabında yazıb.

Sablyaçı turnirdə iştirak etmək hüququ qazandığını vurğulayıb

O, Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) universal lisenziyasını əldə edib.

Anna Başta Avropa çempionatı, Dünya Kuboku və Qran-prilərdəki çıxışına görə bu hüquqa sahib olub: “Parisə gedirəm! Buna görə çox sevinirəm. Təsnifat mərhələsindəki zədə üzündən olimpiadaya lisenziya qazana bilmədikdən sonra bu, əla xəbər oldu. Bu qərara görə FIE-yə təşəkkürümü bildirirəm. Avropa çempionatındakı qələbə, Dünya Kuboku və Qran-pridəki çıxışımı nəzərə alsaq, lisenziyaya layiqəm”, - deyə idmançı vurğulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right