Millilərimiz Qızıl Avropa Liqasında növbəti matçlarına çıxacaq

Bu gün Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər.

Newsport.az xəbər verir ki, qadınlardan ibarət yığma 2-ci turun ilk matçında Rumıniya kollektivi ilə üz-üzə gələcək.

Rumıniyadakı qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Faiq Qarayevin rəhbərlik etdiyi komanda ilk turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya (1:3) məğlub olub.

Kişilər isə 2-ci turun ilk görüşündə Belçikanın qonağı olacaq. Matç saat 19:30-da başlayacaq. Fərid Cəlalovun rəhbərlik etdiyi milli Bakıda təşkil olunan 1-ci turda Rumıniya və Ukraynaya eyni hesabla yenilib – 0:3.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right