Atamanla “Fənərbağça” azarkeşləri arasında insident

“Panatinaikos” klubunun baş məşqçisi Ergin Atamanla “Fənərbağça” azarkeşləri arasında insident baş verib.

İstanbul klubunun fanatları komandalarını otelin qarşısında gözləyərkən “Panatinaikos” yerləşmək üçün gəlib. Bu zaman azarkeşlər rəqib komandaya müxtəlif şüarlar səsləndiriblər.

Türkiyəli mütəxəssis cavab vermək üçün fanatlarla mübahisəyə girişib. Ardınca isə polis qüvvələri müdaxilə ediblər.

Xatırladaq ki, Avroliqanın “Dördlər Finalı” Berlində keçiriləcək. Sabah yarımfinalda “Panatinaikos”la “Fənərbağça” qarşılaşacaq.