"Sabah" çempionluğu rəsmiləşdirə bilər

Sabah "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasında 4-cü oyun baş tutacaq.

Newsport.az xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları arasında keçirilən final seriyasındakı ümumi hesab 2-1 "Sabah" klubunun xeyrinədir.

Əgər son çempion "Sabah" final seriyasının 4-cü görüşündə debütant "Xəzri" üzərində qələbə qazanarsa, o zaman çempionluğu bayram edəcək. "Xəzri" isə final seriyasında ümumi hesabı bərabərləşdirməyi bacarsa, final seriyası 5-ci oyuna qədər uzanacaq.

Qeyd edək ki, super seriyada 4-cü oyun 24 may saat 19:30-da başlayacaq və CBC Sport telekanalı ilə canlı yayımlanacaq





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right