UEFA Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub. Newsport.az xəbər verir ki, həftənin ən yaxşı futbolçusu 4 namizəd arasından keçiriləcək.
Namizədlərdən üçü Avroliqanın qalibi olan “Atalanta”nı, biri isə finalda uduzan “Bayer”i təmsil edir. “Atalanta”dan Ederson, Ademola Lukman və Davide Zappakosta, Leverkuzen təmsilçisindən isə Piero İnkapye namizədlər sırasında yer alıb.
Azarkeşlər qurumun saytında keçirilən səsvermədə həftənin ən yaxşı futbolçusunu seçəcəklər.