Azərbaycan komandası beynəlxalq turnirdə 31 medal qazanıb

Azərbaycanın bədii üzgüçülük üzrə komandası Birləşmiş Ərəb Əmirliyinin Abu Dabi şəhərində keçirilən beynəlxalq turnirdə 31 medal qazanıb.

Federasiyadan Newsport.az-a verilən məlumata görə, idmançılarımız ümumilikdə 18 qızıl, 12 gümüş, 1 bürünc medal qazanıblar.

Birləşmiş Ərəb Əmirliyi, Rusiya, Cənubi Afrika Respublikası, Tayvan, Sinqapur, Tunis və Türkiyənin bədii üzgüçülərinin də mübarizə apardığı beynəlxalq yarışda idmançılarımız ən yüksək nəticəni göstəriblər.

Yarışa 8 ölkədən 15 klub və 200 dən çox idmançı qatılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right