Kadetlər arasında zona birinciliyinin final mərhələsi start götürür

Bu gün boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi start götürəcək.

Newsport.az xəbər verir ki, Bakı Boks Mərkəzində keçiriləcək yarışda 17 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Yarışda 56 komandanın 220 boksçusu gücünü yoxlayacaq. Final mərhələsi mayın 26-da başa çatacaq.

Döyüşlər bu gün, saat 14:00-da start götürəcək. Görüşlərdən öncə isə komandaların paradı baş tutacaq.

Qeyd edək ki, yarışın baş hakimi Anar Nağdiyev olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right