Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçirilib.
Newsport.az-ın məlumatına görə, “Xəzri” və “Sabah” komandaları bu gün ikinci oyunda üz-üzə gəliblər.
“Sərhədçi” İdman Mərkəzində baş tutan matçda “Sabah” (94:63) qələbə qazanıb.
Bu komandalar arasında reallaşan ilk qarşılaşmada “Xəzri” qalib gəlmişdi – 95:70.
Bu seriyanın növbəti görüşü mayın 22-də oynanılacaq. Üç qələbə qazanan kollektiv qızıl medallara sahib çıxacaq.