Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

Atletika üzrə yay Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, yarış mayın 17-18-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında gerçəkləşəcək.

Turnirdə Bakı və respublikanın müxtəlif regionlarını təmsil edən 140-a yaxın atlet mübarizə aparacaq.

Azərbaycan millisinin aparıcı üzvlərinin də iştirak edəcəyi Azərbaycan çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya üçün reytinq xallarının toplanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Yarışın açılış mərasimi mayın 17-də, saat 17:00-da olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right