Azərbaycan tennisçiləri Avropa birinciliyində iştirak edəcək

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa birinciliyində mübarizə aparacaq.

Newsport.az xəbər verir ki, idmançılarımız məsul yarışa hazırlığı plan üzrə davam etdirirlər.

Bunadək bir neçə beynəlxalq yarış və təlim-məşq toplanışına qatılan təmsilçilərimiz yarış ərəfəsində Çinin Şanxay şəhərində təşkil olunan toplanışda iştirak edəcəklər.

Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı yığma komandanın məşqçiləri Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə mayın 9-dan 17-dək Şanxay Stolüstü Tennis Mərkəzində hazırlıq keçəcək.

Avropa birinciliyinə mayın 22-də start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right