Azərbaycan millisinin voleybolçusu: Qızıl Avropa Liqasında əlimizdən gələni edəcəyik

Qızıl Avropa Liqasında əlimizdən gələni edəcəyik. Komandama uğurlar arzulayıram.

Newsport.az-ın məlumatına görə, bunu Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının üzvü Aynur İmanova komandanın Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan məşqindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, təlim-məşq toplanışının gedişatını dəyərləndirib: "Azərbaycan çempionatı yeni başa çatıb. Tez bir zamanda millinin oyunçuları toplaşdılar. Bəzi legionerlər də buradadırlar. Komandanın əksər oyunçuları gəncdirlər. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. Məşqlərimiz davam edir. Mayın 9-da Sloveniyada toplanışa start verəcəyik. Orada bəzi yoldaşlıq matçları da olacaq".

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Xorvatiyaya qarşı keçirəcək. Mayın 18-də isə Faiq Qarayevin yetirmələri Slovakiya ilə qarşılaşacaq. Hər iki matç Xorvatiyada baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right