Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2022-ci ilin Uimbldon çempionu, dünya reytinqinin 4-cüsü Yelena Rıbakinanı Ştutqartda (Almaniya) başa çatan WTA-500 turnirindəki qələbəsi münasibətilə təbrik edib.

“Yelena Rıbakinanı Ştutqartdakı tennis turnirində inamlı qələbəsi münasibətilə təbrik edirəm. Qazaxıstanın birinci raketkası bu mövsüm üç titul qazanıb. Bu, böyük uğurdur. Yelenaya yeni idman nailiyyətləri arzulayıram!” — deyə Tokayevin sosial şəbəkə hesablarında qeyd edilib.

Xatırladaq ki, Qazaxıstan təmsilçisi Ştutqartda keçirilən turnirin finalında dünyanın 27-ci raketkasi ukraynalı Marta Kostyuk üzərində qələbə qazanıb. Görüş 6:2, 6:2 hesabı ilə başa çatıb. Rıbakinanın qatılacağı növbəti turnir çərşənbə axşamı başlayacaq Madriddəki “Masters” olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right