"Sabah" vahid lider oldu, "Sumqayıt"ın pley-off şansları bitdi

Bu gün Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 17-ci turunun üçüncü oyunu baş tutub.

Newsport.az-ın məlumatına görə, pley-off uğrunda mübarizə aparan "Sumqayıt" çempionatın liderlərindən sayılan "Sabah" klubu ilə qarşılaşıb. Oyun "Sabah" ın 93-73 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra "Sabah" turnir cədvəlində vahid lider olub. Məğlub olmuş "Sumqayıt" pley-off şanslarını itirib və "Sərhədçi" klublunun pley-offa vəsiqə qazanması rəsmiləşib.

Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Lenard Dikson - 28 xal, 7 ribaund), "Sabah" (Dezmond Kembric - 23 xal, 8 ribaund)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right